Yevlaxda zəncirvarı qəza ölümlə nəticələnib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Xaldan-Mingəçevir avtomobil yolunun Əkşəm kəndi ərazisindən keçən hissəsində qeydə alınan qəzada “VAZ-2106” və “Honda” markalı maşınlar toqquşub.
Nəticədə, maşınlardan biri su kanalına düşüb.
İlkin məlumata görə, hadisə nəticəsində Balakən rayon sakini, 1957-ci təvəllüdlü Xuraman Xəlilova ölüb.
Faktla bağlı araşdırma aparılır.

