Qətərin paytaxtı Dohada bir neçə partlayış qeydə alınıb.
Heftelik.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Dohada 10-dan çox partlayışın baş verdiyi deyilir.
Məlumatlara görə, İsrail HAMAS hərəkatının liderlərindən birini zərərsizləşdirmək üçün Dohaya zərbə endirib.
“Axios” Dohadakı partlayışların HAMAS nümayəndələrini öldürmək cəhdi ilə olduğuna dair məlumat yayıb.
