Mühəndis sistemlərinin layihələndirilməsi zamanı xarici havanın iqlim parametrləri TNvəQ normalarına uyğun qəbul edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ticarət-əyləncə kompleksləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Binaların təhlükəsiz idarə edilməsi üçün strukturlaşdırılmış sistem tətbiq edilməlidir.
Bu sistem enerjiyə qənaət etməklə yanaşı, təhlükəsiz idarəetmə alqoritmlərinə əsaslanmalıdır.
Ziyarətçilər üçün bütün yerləşgələr kondisioner sistemləri ilə təchiz edilməlidir.
