Komplekslərin avtomobil dayanacaqları əlilliyi olan şəxslərin də istifadəsi üçün əlçatan olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Ticarət-əyləncə kompleksləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Dayanacaqların avadanlığı müvafiq standartların tələblərinə uyğunlaşdırılacaq.

Əlavə olaraq, kompleks istismara verilərkən sifarişçiyə təhlükəsizliklə bağlı təlimatlar təqdim edilməlidir.

Bu təlimatlar icarədarlar və istismarçı təşkilatlar üçün zəruri məlumatları özündə birləşdirir.