Dispetçer məntəqələrinə yalnız bu məntəqələrin işçiləri, mühafizə xidməti və təhlükəsizlikdən cavabdeh digər şəxslər daxil ola bilər.

Heftelik.az-ın məlumatına görə, bu, “Ticarət-əyləncə kompleksləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Başqa şəxslərin bu zonalara girişinə icazə verilmir.

Məqsəd məntəqələrdə idarəetmə prosesinin təhlükəsizliyini təmin etməkdir.

Beləliklə, dispetçer məntəqələri yalnız səlahiyyətli şəxslərin nəzarətində qalır.