Sifarişçi xidmət sifarişini müxtəlif üsullarla verə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində göstərilən xidmətlərin səyyar formada göstərilməsinin təşkili Qaydaları”nda əksini tapıb.
“Çağrı” mərkəzinə zəng etməklə sifariş vermək mümkündür.
Eyni zamanda “asan.gov.az” saytından sifariş forması doldurula bilər.
Mərkəzə birbaşa müraciət yolu ilə də sifariş edilə bilər.
Qanuni nümayəndələr üçün də xidmət sifariş verə bilər.
Qaydalarda nəzərdə tutulmayan üsullarla verilən sifariş qəbul edilmir.
Sifarişçilərə xidmətin qaydaları izah olunur.
Yalan məlumat verənlər barədə məlumat proqram təminatında qeyd olunur.
Təkrar qanunsuz hallar olarsa xidmət göstərilməsindən imtina edilir.
