Səyyar xidmətin NÖVLƏRİ

10 Oktyabr 2025, 01:07

Səyyar xidmət üç əsas növdə həyata keçirilir: sənədlərin təhvil alınması, sənədlərin çatdırılması və hər ikisi birlikdə.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin səyyar xidmətlərin təşkili Qaydaları”nda əksini tapıb.

Səyyar qrup müəyyən edilmiş ünvana gedərək sənədləri qəbul edir və sifarişçiyə xidmət şərtlərini izah edir.

Müqavilə bağlanıb ödəniş həyata keçirildikdən sonra sənədlər təhvil alınır.

Hazır sənədlər mümkün olduqda yerində hazırlanır və ya sonradan çatdırılır.

Səyyar qrup xidmət zamanı əlavə müraciətləri Şöbəyə bildirir və razılıq alındıqda xidmət göstərilir.

Xidmət zamanı sifarişçi ilə müqavilə bağlanır və ödənişlər qəbul olunur.

Sifarişçilərə məmnunluq anketlərinin doldurulması təklif olunur.

Məmnunluq anketləri Şöbəyə və rəy sorğusu sisteminə daxil edilir.

Səyyar xidmət keyfiyyətinin yüksəldilməsi üçün nəticələr mütəmadi təhlil olunur.