Ekspertizanı başa çatdıran Agentlik rəy verir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası”nda əksini tapıb.
Ekspertiza rəyi olmadan sənaye və ərzaq məhsullarının istehsalı və xidmətlərin yerinə yetirilməsi qadağandır.
Xüsusi mühafizə olunan təbiət əraziləri üzrə ekspertiza aidiyyəti qurumların nümayəndələri ilə birgə aparılır.
Təsərrüfat fəaliyyəti yerin təkindən istifadə ilə bağlı olduqda, ekspertiza yalnız müvafiq qeydiyyatdan sonra həyata keçirilir.