Hidrotexniki qurğuların hesablamaları iki qrupa ayrılan həddi hallar üzrə aparılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Hidrotexniki qurğular. Əsas müddəalar”-da əksini tapıb.

Birinci qrupda yükdaşıma qabiliyyəti itkisi və istismara yararsızlıq halları nəzərə alınır. İkinci qrupda normal istismara yararsızlıq və lokal deformasiya halları hesablanır. Hər iki qrup qurğuların möhkəmliyini və dayanıqlığını əsaslandırır.