Hər kəs öz peşəsini, iş yerini və məşğulluq növünü sərbəst seçmək hüququna malikdir.

Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb.

İş axtarışında dövlət vasitəçiliyi, əmək yarmarkaları və internet resurslarından istifadə mümkündür. Peşəyönümü məsləhətləri və təhsil imkanları pulsuz təqdim olunacaq. Məcburi əməyə yalnız məhkəmə, hərbi və fövqəladə hallarda yol verilir.