Müəssisənin əsas fəaliyyət istiqamətləri müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət və bələdiyyə tərəfindən yaradılan sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə əksini tapıb.
Stasionar qəbul edilmiş şəxslərə sosial xidmət göstərilir. Özünə qulluq edə bilən ahıllara gündüz və ya gecə xidmətlər təqdim olunur. İnsan alveri qurbanları və məişət zorakılığından zərərçəkmiş şəxslərə sosial reabilitasiya təşkil edilir. Şəxslərin peşə seçiminə kömək göstərilir. Müəssisə digər fəaliyyət istiqamətlərində də fəaliyyət göstərir. Hər bir istiqamət fərdi plan əsasında həyata keçirilir.
