Noyabrın 11-də Gəncədən qalxan Türkiyəyə Silahlı Qüvvələrinə məxsus C130 hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması ilə bağlı araşdırma ilə bağlı ilkin versiyalar məlum olub.
Heftelik.az-ın NTV-yə istinadən verdiyi xəbərə görə, təyyarənin kənar təsir nəticəsində qəzaya uğraması barədə versiya artıq gündəmdə deyil, təyyarənin qalıqları üzərində aparılan araşdırmanın nəticələri bunu istisna edib.
Hazırda təyyarənin qəzaya uğraması ilə əlaqədar iki versiya üzərində dayanılır. Bu versiyalardan biri təyyarənin havaya qalxandan qısa müddət sonra mühərriklərindən biri, yaxud bir neçəsinin sıradan çıxması, nəticədə pərlərin parçalanmasıdır. Bu səbəbdən qəzanın saniyələr ərzində yaşanması, ona görə də pilotların saat 13.50-dən sonra hər hansı dialoqunun qeydə alınmadığı düşünülür.
İkinci versiya isə ağırlığı 6 tona qədər olan yükün sürüşərək təyyarənin quyruq hissəsində fiziki zədələnməyə yol açması, nəticədə təyyarənin qəzaya uğraması ilə əlaqədardır.
Bu arada Türkiyə milli müdafiə naziri Yaşar Gülər Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsinin qəza səbəbinin nə zaman açıqlanacağı barədə məlumat verib. Nazir qara qutunun nəticələrinin 2 aya məlum olacağını deyib.
