Arıçılıq təsərrüfatları sahibkarlıq fəaliyyətini sərbəst şəkildə həyata keçirmək hüququna malikdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Arıçılıq haqqında” qanunda əksini tapıb.
Onlar arı ailələrini yetişdirə, məhsul dövriyyəsi ilə məşğul ola və arıları tozlandırma məqsədilə icarəyə verə bilirlər. Həmçinin arıçılıq məhsullarının idxalı, ixracı və sərgilərdə iştirakı da onların hüquqları sırasındadır.
