
Pestisidlər, bioloji və aqrokimyəvi maddələr üçün qeydiyyat şəhadətnaməsi 100 manatdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət rüsumu haqqında” qanunda əksini tapıb.
İdxal karantin icazəsi bir icazəyə görə 10 manatdır. Fitosanitar sertifikat bir poçt göndərişi üçün 2 manat, bir nəqliyyat vasitəsi üçün 10 manatdır. Bu rüsumlar məhsulların təhlükəsizliyini təmin edir.
