Podratçılar və subpodratçılar ixrac məqsədli fəaliyyətlə bağlı idxal-ixrac əməliyyatları üçün gömrük rüsumlarından azad olunurlar.

Heftelik.az-ın məlumatına görə, bu, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” qanunda əksini tapıb.

İdxal olunan mallar üçün əlavə dəyər vergisi də tutulmur. Hər bir yük üçün gömrük bəyannaməsi üzrə minimal ödəniş 275 manatdır. Qanun ixrac məqsədli əməliyyatlara şamil olmayan mallar üçün normal gömrük rüsumlarını nəzərdə tutur. Gömrük rejiminin tətbiqi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.