Qiymətləndirmə nəticələri müraciət edən şəxslərə sifarişli poçt vasitəsilə və ya elektron qaydada göndəriləcək.

Heftelik.az-ın məlumatına görə, bu, “Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılması Qaydası”nda əksini tapıb.

Nəticədə uyğunluq və ya uyğunsuzluq barədə qərar veriləcək. Hər hansı bir uyğunsuzluq aşkar edildikdə, bunun səbəbləri də göstəriləcək. Bu, minatəmizləmə fəaliyyətinin düzgün aparılmasını təmin edəcək. Düzəlişlər edildikdən sonra müddətlər bərpa olunacaq və yenidən qiymətləndirmə olacaq.