Normativlərə əsasən, yeni tikilən yüksək binalarda əlillər üçün zəruri şəraitin yaradılması məcburidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”də əksini tapıb.

Layihələrdə əlçatanlıq standartları və xüsusi texniki avadanlıqlar nəzərə alınmalıdır. Bu, sosial inklüzivliyin və bərabər imkanların təmin olunmasına yönəlib. Binaların giriş, lift və sanitar bölmələrində bu prinsiplər mütləq tətbiq ediləcək.