Xəbər verdiyimiz kimi, bir sıra verilişlərin bağlanması və bəzi müğənnilərə qadağa qoyulmasından sonra Azərbaycanda televiziya efir məkanında ciddi dəyişikliklər baş verib. Efirə daha çox sənəti, səsi və efir etikası ilə seçilən şəxslər dəvət olunur. Bu da Azərbaycan teleməkanına əlavə gözəllik qatmaqla yanaşı, tamaşaçıların zövqünü oxşayır. Verilişlərdə baş verən dəyişikliklər cəmiyyət tərəfindən təqdir olunur.

Heftelik.az manset.az-a istinadla xəbər verir ki, baş verən hadisələr fonunda daha bir qrup müğənni və sənət adamına ciddi musiqini təbliğ etmədikləri, efir məsuliyyətinə diqqətsiz yanaşdıqları üçün efir qadağası qoyulub:

 

Vəfa Şərifova

 

Təranə Qumral

 

Musa Musayev

 

Pərvin Abıyeva

 

Əli Mirəliyev

 

Aytac Vidadi qızı

 

Meyxanaçı Samirə

 

Fərəh Samirəqızı

 

Ayan Babakişiyeva

 

Müjgan Ayxan

 

Aşıq Mübariz

 

Türkan Vəlizadə

 

Aytac Tovuzlu

 

Yaşar Qafanlı

 

Afaq Aslan

 

Sevil İsgəndərli

 

Elşən Xəzər

 

Elit star Cəmilə

 

Rəqqasə Aygün

 

Luna

 

Arzu Abdulova

 

İsrail Məmmədov

 

Günel Ələkbərova (“Pişik Günel”)

 

Səma Abdullayeva

 

Səbinə Abdullayeva

 

Firuzə Babayeva

 

Arzuxanım Həsənova

 

Aygül Səfərova

 

Niqa Yılmaz

 

Meydan Əsgərov

 

Manset.az xəbər portalının “Audiovizual Şurada televiziyaların məsul şəxsləri ilə keçirilən görüşdə hansı tapşırıqlar verilib?” sorğusuna Şura belə cavab verib:

 

“Ümumölkə yerüstü və peyk yayımında olan televiziya kanallarının (redaksiyalarının) məsul şəxsləri ilə görüşdə Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətin həyatında mühüm əhəmiyyətə malik istiqamətlər üzrə qəbul olunmuş məqsədli dövlət proqramlarına, strategiya və fəaliyyət planlarına uyğun olaraq televiziya yayımçılarının üzərinə düşən vəzifələr və onların icrasına dair məsələlər diqqətə çatdırılmışdır”.

 

Lent.az-ın əldə etdiyi məlumata görə, Rəqsanə İsmaylova, Aysun İsmayılova, Şəbnəm Tovuzlu da efirə çıxarılmayacaq.