Hind okeanında ABŞ sualtı gəmisi tərəfindən İran hərbi gəmisinə endirilən zərbə nəticəsində ən azı 80 nəfər ölüb.

Heftelik.az xəbər verir ki, bu barədə Şri-Lanka xarici işlər nazirinin müavini bu gün yerli televiziya kanallarına bildirib.

Qeyd edək ki, ABŞ-ın müharibə naziri Pit Heqset Hind okeanında İranın hərbi gəmisini ABŞ sualtı qayığının vurduğunu təsdiqləyib.

***

saat 17.17

Şri-Lanka sahillərində İran gəmisinə ABŞ tərəfindən zərbə endirilib.

Heftelik.az  xəbər verir ki, bu barədə Reuters  mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, İranın ən müasir hərbi gəmisinə hücum nəticəsində ən azı 78 nəfər yaralanıb, 101 nəfər itkin düşüb.

***

saat 14.37

Şri-Lanka sahillərində sualtı qayıq İran gəmisinə hücum edib.

Heftelik.az Reuters-ə istinadən xəbər verir ki, nəticədə 101 nəfər itkin düşüb, 78 nəfər yaralanıb.

Hələlik hadisənin detalları açıqlanmayıb.

Bəzi mənbələr 30-dan çox insanın xilas edildiyini bildirir.