İran bu gün səhər Körfəzdə ABŞ tankerinə zərbə endirib.
Heftelik.az xəbər verir ki, bu barədə SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, İran Körfəzin şimal hissəsindəki ABŞ-ın neft tankerinə hücum edib, gəmi yanır: “Neft tankeri bu gün səhər Fars Körfəzinin şimalında SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin döyüşçüləri tərəfindən vurulub və hazırda yanmaqdadır. Daha əvvəl də demişdik ki, beynəlxalq qanun və qərarlara əsasən, müharibə zamanı Hörmüz boğazından keçid qaydaları İran İslam Respublikasının ixtiyarında olacaq. Hamı buna tabe olmalıdır”.
