ABŞ beynəlxalq sularda İran gəmisini hədəf aldığına görə peşman olacaq.

Heftelik.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi “X” hesabında bildirib.

O, ABŞ-ı İranın sahillərindən 2000 mil aralıda – dənizdə cinayət törətməkdə ittiham edib.

“Hindistan donanmasının qonağı olan və təxminən 130 dənizçini daşıyan “Dena” gəmisi xəbərdarlıq olmadan beynəlxalq sularda vurulub. Sözlərimizi qeyd edin: ABŞ yaratdığı presedentə görə çox peşman olacaq”, – Əraqçi vurğulayıb.

Qeyd edək ki, Şri-Lanka sahillərində ABŞ sualtı qayığı İrana məxsus gəmini batırıb, ən azı 80 nəfər ölüb.