Aprelin 14-də işğaldan azad edilmiş Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi ərazisində mina hadisəsi baș verib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Heftelik.az-a verilən xəbərə görə, Agentliyin əməkdaşı 1995-ci il təvəllüdlü Mətili Muğan Rəfayıl oğlu xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışı baş verib.
Hadisə nəticəsində əməkdaş həyatını itirib.
