80 yaşlı Braziliya Prezidenti Luiz Inácio Lula da Silva seçki öncəsi yayımlanan idman videoları ilə fiziki formasını nümayiş etdirib.
Heftelik.az xəbər verir ki. sosial mediada gündəm olan görüntülər Lula da Silvanın seçki yarışına “hazıram” mesajı kimi şərh olunub.
Braziliya Prezidenti Lula da Silva yayımlanan idman videoları ilə həm rəqiblərinə meydan oxuyub, həm də “formadayam” mesajı verib.
“The Guardian’ qəzetində yer alan xəbərə görə, yeddinci prezidentlik yarışında özündən yarı yaşda olan rəqiblərlə üz-üzə gələcək 80 yaşlı liderin idman zalında məşq etdiyi və qaçdığı görüntülər ard-arda paylaşılıb.
Braziliyanınin Birinci xanımı Rosangela Janja da Silva tərəfindən edilən canlı yayımda Lula səhər erkən saatlarda etdiyi məşq zamanı “Rocky Balboa” tərzində squat hərəkətləri edərkən görüntülənib.
Janja videoda “Ərim səhər saat 6-dan buradadır. Artıq 45 dəqiqə qaçış trenajorunda qaçıb” deyərək Lula’nın fiziki formasını nümayiş etdirən performansını tərifləyib.
Sosial mediada gündəm oldu
Paylaşılan videolar qısa müddətdə sosial mediada böyük rezonans doğurub. Lula’nın tərəfdarları liderin enerjisini tərifləyən rəylər yazıblar.
Bir istifadəçi “Lula əsl idman zalı həvəskarıdır. Bu adam 2030-cu ilə qədər Braziliyaya rəhbərlik etməyə davam etmək üçün əla formadadır” ifadələrini işlədib.
“Lula rinqdə”
Lula’nın müxtəlif videolarda paytaxtda və prezident sarayında qaçdığı, ağırlıq qaldırdığı və məşq etdiyi görünür.
Sosial mediada “seçki yarışına hazıram mesajı” kimi qiymətləndirilən videolardan birində Lula da Silva belə deyib:
“Zamanın axınını dayandıra bilmərik. Amma sağlamlığımıza diqqət edə bilərik.”

Daha əvvəl qırmızı boks əlcəkləri ilə qum torbasına zərbələr endirdiyi görüntülər “Lula rinqdə” başlığı ilə paylaşılmışdı.
Ən yaxın rəqibi
Seçki prosesində Lula’nın qarşısına çıxması gözlənilən ən güclü namizədlərdən biri, keçmiş prezident Jair Bolsonaronun oğlu Flávio Bolsonaro kimi ön plana çıxır.
44 yaşlı Bolsonaro özünü həm daha gənc alternativ, həm də atasının daha mülayim versiyası kimi seçicilərə təqdim edib.
