Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri təsdiqlənib.
Heftelik.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Bu Qərar 2026-cı il sentyabrın 1-dən qüvvəyə minir.
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri
|
Sıra №-si |
Su obyekti |
Su obyektlərindən istifadənin xüsusi məqsədləri | Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödəmələr (manatla) | ||
| götürülən 1 m3 suya görə | axıdılan 1 m3 tullantı suyuna görə | İstifadə edilən 1 m2 su akvatoriyasına görə (gündəlik) | |||
| 1. | Xəzər dənizi (liman akvatoriyası istisna olmaqla) | məişət | 0,01 | ||
| sənaye | 0,004 | 0,01 | |||
| energetika | 0,00001 | ||||
| kiçik həcmli gəmilərin hərəkəti (götürülən suya və su xətti sahəsinə görə) | 0,0001 | 0,0004 | |||
| 2. | Çaylar və göllər | içməli su və məişət | 0,01 | 0,01 | |
| sənaye | 0,04 | 0,04 | |||
| kənd və meşə təsərrüfatı | 0,001 | ||||
| energetika | 0,00001 | ||||
| kiçik həcmli gəmilərin hərəkəti (götürülən suya və su xətti sahəsinə görə) | 0,0001 | 0,0005 | |||
| balıqçılıq, o cümlədən akvakultura | 0,0001 | 0,0004 | |||
| 3. | Yeraltı sular | içməli su və məişət | 0,1 | ||
| müalicə, kurort və sağlamlaşdırma | 0,3 | ||||
| sənaye | 0,4 | ||||
| balıqçılıq, o cümlədən akvakultura | 0,0002 | ||||
Təbii su mənbələrindən (su obyektlərindən) aşağıdakı məqsədlərlə götürülən suya görə ödəniş tutulmur:
– Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin emal edilməmiş su ilə təmin edilməsi;
– Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən içməli su təchizatı;
– “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektrik enerjisinin istehsalı üçün sudan istifadə edilməsi.
Ümumi istifadədə olan, istifadəsi hamı üçün mümkün və açıq olan su obyektlərindən fiziki şəxslər öz ehtiyaclarını təmin etmək məqsədilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən sugötürmə və s.) ödənişsiz istifadə edirlər. Torpaq sahibləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 dekabr tarixli 238 nömrəli Qərarı ilə təsdiq edilmiş “Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydaları”na uyğun olaraq onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər. Torpaq sahibləri onlara məxsus torpaq sahələrinin hüdudlarında həmin Qaydalarda nəzərdə tutulan yerin təkindən istifadəyə görə ödənişlərdən azaddırlar. Balıqçılıq, o cümlədən akvakultura məqsədilə yerüstü su obyektlərindən götürülən su istifadə edildikdən sonra drenaj sistemlərinə axıdıldıqda bu Cədvəl ilə müəyyən edilmiş ödəniş 10 əmsal tətbiq edilməklə hesablanır. Tullantı suları tullantı sutəmizləyici qurğular tətbiq etməklə müəyyən edilmiş normalara çatdırıldıqdan sonra su obyektlərinə axıdıldıqda, bu Cədvəl ilə müəyyən edilmiş ödənişlər 0,7 əmsal tətbiq edilməklə hesablanır.
Bu Cədvəldə su obyektlərinə tullantı sularının axıdılmasına görə müəyyən edilmiş ödənişlər su obyektlərindən xüsusi məqsədlər üçün istifadə edən şəxsləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 avqust tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “Su obyektlərinə çirkləndirici maddələrin axıdılmasına görə ödəniş normativləri”ndə nəzərdə tutulmuş ödənişlərdən azad etmir.
