Avtonəqliyyat vasitəsi sərnişin, yük və ya xüsusi avadanlığın avtomobil yolları ilə daşınması üçün nəzərdə tutulmuş mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Avtomobil nəqliyyatı haqqında” qanunda əksini tapıb.

Avtomobil nəqliyyatı isə bu vasitələrdən və infrastruktur obyektlərindən istifadə edilərək sərnişin və yük daşımalarının yerinə yetirilməsidir. Həmçinin, daşımaların təşkilatçısı sərnişin və ya yük daşımalarını təşkil edən hüquqi və ya fiziki şəxsdir. Avtomobil nəqliyyatı həm kommersiya, həm də təsərrüfat ehtiyacları üçün həyata keçirilə bilər.