UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk iştirakçıları bəlli olub.

Heftelik.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab görüşlərində “Atletiko” (Madrid ) öz meydanında  “Barselona”ya 1:2 hesabı ilə məğlub olsa da, ilk oyunda 2 top fərqi ilə qalib gəldiyinə görə yarımfinala yüksəlib.

Günün digər görüşündə isə İngiltərənin “Liverpul” klubu PSJ-yə (Fransa) məğlub olub: 0-2.  Parisdəki ilk oyunda da Fransa təmsilçisi 2:0 hesablı qələbə qazanıb. Beləliklə, PSJ də yarımfinala çıxan növbəti komanda olub.

UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları

14 aprel

23:00. “Atletiko” (İspaniya) – “Barselona” (İspaniya)

İlk oyun – 2:0

23:00. “Liverpul” (İngiltərə) – PSJ (Fransa)

İlk oyun – 0:2

Qeyd edək ki, 1/4 final mərhələsinə bu gün yekun vurulacaq.