Fiziki şəxslərin vergi orqanlarında uçota alınması və bu prosesin təşkili ilə bağlı qaydalar müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda əksini tapıb.
Sənəd “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun tətbiqi ilə əlaqədar hazırlanıb.
Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunların tələbləri əsasında formalaşdırılıb.
Sənəddə fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması prosedurları müəyyən edilir.
Eyni zamanda bu proses zamanı vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətləri də tənzimlənir.
Qaydalar vergi uçotu prosesinin vahid mexanizmlər üzrə aparılmasını təmin etməyi nəzərdə tutur.
