İran ABŞ-ı hədələdi

15 Aprel 2026, 15:22

ABŞ blokadanı davam etdirmək istəsə, İran Fars və Oman körfəzlərində, eləcə də Qırmızı dənizdə heç bir ixracat və idxalata icazə verməyəcək.

Heftelik.az xəbər verir ki, bu barədə Xatəmül-Ənbiya Mərkəzi Qərargahı məlumat yayıb.

Bildirilib ki, əgər ABŞ dəniz blokadasını davam etdirsə, İranın ticarət gəmiləri və neft tankerləri üçün təhlükəsizlik problemi yaratsa, bu addım atəşkəsin pozulmasının başlanğıcı hesab olunacaq.