
Prokurorluq işçisi “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun tələblərinə əməl etmədikdə intizam məsuliyyətinə cəlb olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda əksini tapıb.
İntizam məsuliyyəti inzibati və cinayət məsuliyyətinə yol açmayan hallara tətbiq edilir.
Qanunda göstərilən xətalar işçinin nümunəvi davranışını pozduqda nəzərə alınır.
Eyni xətaya görə yalnız bir intizam tənbehi verilə bilər.
