Avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar müqavilə əsasında və ödəniş müqabilində həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Avtomobil nəqliyyatı haqqında” qanunda əksini tapıb.
Təsərrüfat ehtiyacları üçün daşımalar isə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən öz hesabına yerinə yetirilir. Bu daşımalar üçün istifadə olunan vasitələr həmin şəxslərin işçiləri tərəfindən idarə olunmalıdır. Daşımalar həm sərnişin, həm də yük daşımalarını əhatə edir.
