Rütbədən məhrum edilməmiş prokurorluq işçiləri rütbələrini ömürlük daşıyırlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda əksini tapıb.
Rütbəyə görə prokurorluq işçiləri vəzifə maaşına əlavə haqq alır.
Geyim forması rütbəyə uyğun təmin edilir.
Əlavə haqq pensiyaya çıxmış işçilərə də ödənilir.
