İtaliyada bank qarət olundu

16 Aprel 2026, 18:22

İtaliyanın Neapol şəhərində “Credit Agricole” bankının filialında soyğun baş verib.

Heftelik.az-ın xəbərinə görə, soyğun zamanı 30-a yaxın şəxs girov götürülüb.

Girovların içərisində bank işçilərinin və müştərilərin olduğu bildirilir.

Hüquq-mühafizə orqanları girovları azad etməyə nail olub.

Lakin soyğunçular hələlik tutulmayıb, axtarış davam edir.

Onların 4-5 nəfər olduğu güman edilir.