Məişət zorakılığı fiziki və mənəvi zərər vurma hərəkətlərini əhatə edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda əksini tapıb.
Fiziki zorakılıq döymə, işgəncə və azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutur. Psixi zorakılıq dözülməz psixi şərait yaratmaqla xarakterizə olunur. İqtisadi zorakılıq isə əmlak və gəlirlərdən məhrum etmə ilə bağlıdır.
