
“Dövlət qulluğu haqqında” qanunun bəzi müddəaları prokurorluq orqanlarında çalışan şəxslərə də tətbiq edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda əksini tapıb.
Bu müddəalara vətəndaşların dövlət qulluğuna qəbul hüququ daxildir.
Eyni zamanda qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında aparılması prinsipi də tətbiq olunur.
Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı normalar da bu işçilərə şamil edilir.
