2026 il üçün Həcc kvotası tamamlanıb.

Heftelik.az xəbər verir ki, bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, 1150 nəfər Həcc ziyarətinə getmək üçün qeydiyyatdan keçib.

“Kvotanın tamamlanmasına baxmayaraq, müraciətlər davam edir. Amma yer bitib. Onlar yenidən gələn il müraciət edə bilərlər”, – Vüsal Cahangiri bildirib.