
Rütbəsi olan prokurorluq işçiləri xüsusi geyim forması ilə təmin edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda əksini tapıb.
Qış, mövsümi və yay geyim formaları pulsuz verilir.
Xidməti geyimdən istifadə qaydalarını Baş Prokuror müəyyən edir.
Pensiya hüququ ilə xaric olunmuş şəxslər də xüsusi geyim daşıya bilərlər.
