Şəmkirdə yanğın hadisəsi baş verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Nəriman Nərimanov adına 2 mərtəbəli, ümumi sahəsi 900 kvadratmetr olan məktəbin informatika otağında yanğın olub. Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində məktəbin kompüter otağında 30-a yaxın kompüterin 7 ədədi yanıb.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, Şəmkir şəhəri Nəriman Nərimanov adına məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb: “Şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Təhsil müəssisəsinin elektrik sisteminin ən qısa zamanda bərpası çərçivəsində işlər aparılır”.