Mərkəzi Bank “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin lisenziyasını ləğv edib.
Heftelik.az Mərkəzi Banka istinadən xəbər verir ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 17 aprel 2026-cı il tarixli qərarı ilə “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə (Cəmiyyət) sığorta fəaliyyətinə verilmiş 10 noyabr 2009-cu il tarixli, 000300 nömrəli lisenziya ləğv edilib.
Cəmiyyətin lisenziyasının ləğvi sığorta sektorunun maliyyə dayanıqlılığı və sabitliyinə heç bir təhdid yaratmır.
Ləğvetmə prosesi Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində Mərkəzi Bank tərəfindən nəzarətdə saxlanılacaq.
“AtaSığorta” ləğv edilir, portfeli “Atəşgah” sığortaya ötürülüb
