Prokurorluq işçilərinə nümunəvi xidmət və uzun müddətli qüsursuz fəaliyyətinə görə müxtəlif həvəsləndirmə tədbirləri tətbiq edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda əksini tapıb.
Təşəkkür, pul mükafatı, qiymətli hədiyyə və fəxri fərman bunlardan biridir.
Növbədənkənar və vaxtından əvvəl rütbələr də həvəsləndirmə tədbiridir.
İntizam cəzasının vaxtından əvvəl götürülməsi də işçilərə verilən təşviq formasıdır.