Prokurorluğa işə qəbul edilən şəxslər əsasən 30 yaşınadək seçilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda əksini tapıb.
Prokurorluq işçilərinin son yaş həddi isə 65 yaşdır.
Xüsusi vəzifələr üçün yaş həddi Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsində göstərilən qaydada müəyyən edilmir.
Azı 35 il qulluq etmiş işçilər, xüsusi rütbələrdən məhrum edilmədikdə, yaşa görə pensiya hüququna malikdirlər.