Bolqarıstanda bülletenlərin 100%-nin sayımından sonra keçmiş prezident Rumen Radevin Mütərəqqi  Bolqarıstan Partiyası ölkədə keçirilən növbədənkənar parlament seçkilərində seçici səslərinin 44,5%-ni toplayıb.

Heftelik.az xəbər verir ki, bu barədə Bolqarıstan  Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Rumen Radevin partiyası parlament seçkilərində ən çox səs toplayıb.

Keçmiş baş nazir Boyko Borisovun “Vətəndaşlar Bolqarıstanın Avropa inkişafı uğrunda” partiyası 13,3%, “Dəyişikliklər üçün – Demokratik Bolqarıstan” Avropa yönümlü koalisiyası isə 12,6% səs alıb.

Xatırladaq ki, aprelin 19-da Bolqarıstanda 2021-ci ildən bəri parlamentdə səkkizinci seçkilər keçirilib.