ABŞ Prezidenti Donald Tramp dünən İrana məxsus gəminin ələ keçirildiyini bildirib.

Heftelk.az xəbər verir ki, Donald Tramp CNBC-yə  müsahibəsində gəmidə olan yükün Çindən göndərildiyini deyib.

“Bu, Çinin “hədiyyəsi” idi. Mən təəccübləndim. Düşünürdüm ki, Si Cinpinlə razılaşmışdıq”, – ABŞ Prezidenti vurğulayıb.