Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

Bu barədə Heftelik.az-a  “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Qeyd edilib ki, Metropolitenin fəaliyyəti yaxın bir saat ərzində bərpa ediləcək.

***

saat 13.11

“Bakı Metropoliteni” QSC-nin “Qara Qarayev–Nərimanov” mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib.

Bu barədə Heftelik.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

saat 12.50

Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Bu barədəHeftelik.az-a Bakı Metropoliteni” QSC-dən bildirilib.

İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində “Ulduz–Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların “Nərimanov–Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb.

Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.

Metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb. Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.