Prokurorluq işçiləri dövlət büdcəsi hesabına 5 illik əmək haqqı məbləğində sığorta edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda əksini tapıb.
Xidmət zamanı həlak olmuş və ya xəsarət almış işçilərə birdəfəlik müavinət ödənilir.
Əmlakın xidməti fəaliyyəti ilə əlaqədar məhv və ya zədələnməsi nəticəsində vurulan ziyan tam ödənilir.
Sonradan qanunla müəyyən edilmiş qaydada təqsirkar şəxslərdən tutulur.