Daşıyıcı sərnişin və yük daşımalarını müqavilə əsasında həyata keçirən hüquqi və ya fiziki şəxsdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Avtomobil nəqliyyatı haqqında” qanunda əksini tapıb.
Operator isə beynəlxalq daşımaları icazə əsasında həyata keçirən və peşəkarlıq tələblərinə cavab verən şəxsdir. Operatorun məsul şəxsi bu fəaliyyəti faktiki və davamlı şəkildə idarə edir. Hər iki halda müvafiq icazə və səriştə əsas şərtdir.
