Qanuna əsasən, sosial bacarıqların inkişafı əlilliyi olan şəxslərin cəmiyyət həyatında müstəqil iştirakını təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda əksini tapıb.
Psixoloji-pedaqoji reabilitasiya isə əlilliyi olan şəxsin təhsil və davranış qabiliyyətinin bərpasını təmin edir. Qanun həmçinin şəxsin sərbəst yaşamaq imkanını artırmaq məqsədilə abilitasiya tədbirlərini nəzərdə tutur. Əlilliyi olan şəxslərin müyəssərlik və ictimai mühitə uyğunluğu da qanunla tənzimlənir.
