Mədəniyyət müəssisələri və idman qurğuları əlilliyi olan şəxslər üçün əlçatan edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda əksini tapıb.
Mədəniyyət müəssisələrində xidmətlərdən güzəştli istifadə təmin edilir. Dövlət və bələdiyyə idman xidmətləri pulsuz və ya güzəştli təqdim olunur. Məqsəd əlilliyi olan şəxslərin ictimai və mədəni fəaliyyətlərdə iştirakını genişləndirməkdir.
