
TƏBİB sistemində kadr dəyişiklikləri davam edir.
Heftelik.az operativ.az-a istinadən verdiyi xəbərə görə, daha 3 iri tibb müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib.
M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının (Semaşko) direktoru Könül Ələkbərov, Respublika Uroloji Xəstəxanasının direktoru Pərviz Hacıyev və Abşeron Mərkəzi Rayon Xəstəxanasının direktoru Səkinə Sadıxova vəzifəsindən çıxarılıb.
Səkinə Sadıxova haqqında cinayət işi açılması, mənimsədiyi pulu ödədikdən sonra TƏBİB-in İcraçı direktorunun müşaviri, daha sonra isə Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru təyin edilməsi ilə gündəmə gəlmişdi.
Qeyd edək ki, bundan əvvəl “Yeni Klinika”nın direktoru Barat Yusubov vəzifəsindən azad edilib.
