İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei ABŞ-la danışıqlara razılıq verib.

Heftelik.az xəbər verir ki, bu barədə “Axios” anonim mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Ağ Ev dünən gün ərzində rəsmi Tehranın görüşün keçirilməsinə razılıq verməsini gözləyib.

Bildirilib ki, SEPAH İran rəsmilərinə ABŞ-ın dəniz blokadasını ləğv etməyənə qədər danışıqlara getməməsi üçün təzyiq göstərib.

Pakistan, Misir və Türkiyə rəsmiləri isə İranı danışıqlara getməyə təşviq edib.

Nəticədə Ali Rəhbərdən təsdiq gözlənilib. Müctəba Xamenei dünən axşam danışıqlar üçün nümayəndə heyətinin Pakistana göndərilməsinə razılıq verib.