Əlilliyi olan şəxslər kvota üzrə iş yerlərinə qəbul edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda əksini tapıb.
Göndəriş mülkiyyət növündən asılı olmayaraq müəssisələr tərəfindən qəbul edilməlidir. İşəgötürənlər kvota şamil edilməyən yerləri istisna edə bilər. Məqsəd əlilliyi olan şəxslərin iş bazarında bərabər iştirakını təmin etməkdir.
